Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən AZAL və “Qəbələ” klubları bu gün yoxlama oyunu keçiriblər.
Korner.az-ın məlumatına görə, Qəbələdə keçirilmiş qarşılaşma “təyyarəçilər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı ilk hissənin sonlarında “Qəbələ”nin yarımmüdafiəçisi Adrian Ropotan açsa da, AZAL Rəşad Abdullayev və Fredi Mombonqonun qolları sayəsində qələbə qazanıb.
