AZAL heyətinə ispan futbolçu cəlb edib.
Korner.az-in məlumatına görə, bu İspartadaki təlim-məşq toplanışına dəvət olunan Juan Fransiskodur. “Antalyaspor” və “Mersin İdman Yurdu” klubları ilə oyunlarda çıxış edən və baş məşqçi Vaqif Sadıqovun rəğbətini qazanan Fransisko ilə 2 illik müqavilə imzalanıb.
AZAL-in vitse-prezidenti Fikrət Hüseynov da müdafiəçinin keçidini rəsmən təsdiqləyib. Müdafiəçi "təyyarəçilər"in heyətində "2" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Juan Fransisko AZAL-ın tarixinə ilk ispan futbolçu kimi düşüb.
