Premyer Liqanın 7-ci turunda AZAL “İnter”i qəbul edəcək.
Korner.az-ın məlumatına görə, sentyabrın 27-də “AZAL Arena”da baş tutacaq qarşılaşmadan öncə qarşıdakı rəqiblə indiyə qədərki matçların statistikasına nəzər salmaq yerinə düşərdi.
Komandalar indiyə qədər çempionat çərçivəsində 22 dəfə üz-üzə gəlib. 23-cü paytaxt derbisindən öncə ümumi balansda rəqibin cüzi üstünlüyü var. 22 oyuna 7 qələbə qazanmış “İnter” bunlardan 3-nü son duellərdə həyata keçirib. Amma bu da var ki, həmin seriyaya qədər “təyyarəçilər” ardıcıl 9 matçda yenilməmişdi.
