Azərbaycan Premyer Liqanın 6-cı turunun qarşıdan gələn AZAL-"İnter" görüşü hər iki komanda üçün sayca 19-cu olacaq.
Korner.az– ın "İnter"in rəsmi saytına istinadən məlumatına görə, bunadək komandalar bir-birilə 18 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 2 matçi ölkə kubokunun payına düşür.
“İnter” rəqibini 5 dəfə məğlub edə bilib, AZAL isə 4 qələbəyə malikdir. 18 oyunun 9-u
heç-heçə ilə başa çatmışdı. Vurulan topların fərqi AZAL-ın xeyrinədir-14:12.
nəticə 5:0 hesabıdır. 2010-cı ildə AZAL komandamızı məhz bu hesabla udmuşdu.
Azərbaycan çempionatında AZAL-a qarşı keçirilən səfər oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmada komanda 1 dəfə rəqibini məğlub etməyi bacarıb. 4 matçda ev sahibləri qələbə qazanıblar. 3 oyun isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi AZAL-ın xeyrinə dir-10:3.
Qeyd edək ki, AZAL-"İnter" matçı sentyabrın 23-də keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.
