AZAL-ın sabiq futbolçusu Con Oluremi karyerasını İrlandiyada davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu xəbər “goal.com” saytında yer alıb. 29 yaşlı yarımmüdafiəçi hazırda “Şemrok Rovers” klubunda baxışdadı.
Futbolçu artıq komanda ilə birlikdə bir neçə yoxlama matçında meydanda olub. Con Olureminin yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı ehtimal olunur.
Qeyd edək ki, ötən mövsüm AZAL-dan ayrılan yarımmüdafiəçi Mərakeşin “MAS Fes” klubuna transfer olunmuşdu.
