Çempionatın 3-cü dövrəsinə Bakıda hazırlaşan AZAL çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi qış fasiləsini daha bir yoxlama oyunu ilə dəyərləndirəcək.
“Təyyarəçilər” sabah Azərbaycan çempionatının 1-ci divizionunda mübarizə aparan “Qaradağ Lökbatan”la qarşılaşacaq. Görüş saat 16:00-da, “AZAL Arena”da baş tutacaq.
