"Bakı" ilə oyunda uğursuzluq seriyamızı qırdıq. İndi qarşıdakı oyunlara ciddi hazırlşırıq".
Bu sözləri Korner.az-a açıqlamasında AZAL-ın futbolçusu Ruslan Tağızadə deyib. Gənc futbolçu qarşılaşacaqları "Qarabağ"la oyun haqda da, fikirlərini bildirib:
"Qarabağ"la oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. "Bakı" üzərindəki qələbənin davamını gətirmək istəyirik. Komandamızın avrokuboklara düşmək şansı daha böyükdür. Bunun üçün sona kimi mübarizə aparacağıq".
