Ötən gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Moldova yığması növbəti oyununu keçirdib. Korner.az-ın məlumatına görə, Polşanın qonağı olan moldovanlar bu matçda polyaklara 2:0 hesaı ilə məğlub olublar.
Polşa-Moldova matçında Premyer Liqamızdan bir futbolçu iştirak edib. Moldova yığmasının baş məşqçisi İon Karas AZAL-ın futbolçusu Artur Patraşı start heyətində meydana buraxıb və 46-cı dəqiqədə Georgi Ovseannikovla əvəzləyib. “Rəvan”ın futbolçusu Nikolay Orlovski isə 23-lüyə düşməyib.
