AZAL klubunun futbolçusu Andryus Veliçka Ermənistana gedəcək.
Korner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu Litva millisinin heyətində İrəvana gedəcək.
Qeyd edək ki, hücumçu, noyabrın 14-də iki ölkə yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünə dəvət alıb. Baş məşqçi Şaba Laslo isə bu matça Azərbaycan çempionatında çıxış edən futbolçulardan yalnız Veliçkanı çağırıb.
