Premyer Liqanın XIX turu çərçivəsində AZAL öz meydanında "Simurq"la heç-heçə etdi – 1:1.
Oyundan sonra Korner.az-a açıqlama verən "təyyarəçilər"in gənc futbolçusu Ruslan Tağızadə qollu heç-heçəni belə şərh edib:
"Oyunun çətin keçəcəyini bilirdik. Çox istəyirdik ki, bu oyunda qələbə qazanaq. Amma alınmadı. Qazanılan 1 xal da pis nəticə sayılmamalıdı. Qarşıdan "Bakı" ilə çətin oyun gəlir. Fikirimcə hələ "altılıq" şanslarımızı qoruyuruq və sona kimi mübarizə aparacağıq".