Transfer çalışmalarını davam etdirən AZAL klubu 6 oyunçu ilə sözləşmə imzalayıb.
Korner.az-ın məlumatına görə, dünən isə paytaxt təmsilçisinin düşərgəsinə yeni oyunçu cəlb olunub. Bu, malili dayaq yarımmüdafiəçisi Braham Keytadır. Keyta çox güman ki, AZAL klubunda qalacaq. Lakin Vaqif Sadıqov transfer işini bununla yekunlaşdırmaq istəmir. Belə ki, komandaya iki hücumçu cəlb olunacaq. Çünki AZAL hazırda qol vurmağı bacaran hücumçu axtarışındadır. Vaqif Sadıqov açıqlamasında deyib ki, hücumçular tez bir zamanda komandaya qoşulmalıdırlar.
