Bir müddət əvvəl AZAL-da baxışda olsa da, keçidi alınmayan Aziz Corr Nyanqın yeni iş yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Qambiya yığmasının futbolçusunun yeni iş yeri Malta çempionatıdır.
Vaqif Sadıqovun bəyənmədiyi futbolçu “Valletta”ya transfer olub.
Rəsmi müqavilə imzalayan Aziz artıq yeni komandasında debüt matçına da çıxıb.
