Yeni mövümdən iddialı çıxış edəcək AZAL heyəti gücləndirməkdə davam edir. Korner.az-ın məlumatına görə. "təyyarəçilər" daha iki futbolçunu transfer edib. Macarıstan "Ferentsvaros" klubundan müdafiəçi Ailtonla iki illik müqavilə bağlanılıb. Moldovalı yarimmüdafiəçi Artur Patras isə AZAL-la bir illik sözləşməyə imza atıb.