Hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, Bakı təmsilçisi honduraslı yarımmüdafiəçi Luis Ramosu heyətinə qatıb. O, müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına danışıb:
“Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisinə dəvət olunmaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəm ki, komandam çempionatda uğurlu çıxış etsin”.
Qeyd edək ki, bu, AZAL-ın yeddinci transferi olub.