AZAL heyəti gücləndirməkdə davam edir. Hazırda yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən komanda daha bir keçidi rəsmiləşdirib.
Korner.az xəbər verir ki, bu dəfə kolumbiyalı hücumçu Con Enrike Kordoba ilə müqavilə imzalanıb. “Koru Otel”də baş tutan mərasimdə Kordoba 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, buna qədər Con yalnız Cənubi Amerikada top qovub. Venesuelanın “Deportivo Lara”, “Deportivo Petare”, “Samora”, “Truxilyanos”, Boliviyanın “Bolivar” klublarının şərəfini qoruduqdan sonra o vətəni Kolumbiyada “Deportivo Kukuta” və “Amerika de Kali”nin formasını geyinib.