AZAL-dan ayrılan konqolu forvard Freddi Mombonqo karyerasını Almaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə alman mətbuatı xəbər yayıb.
Mombonqo karyerasını Almaniya III bundesliqa təmsilçisi "Preuzen”də davam etdirə bilər. 30 yaşlı forvard hazırda komandanın düşərgəsindədir. Əgər onun hazırlıq səviyyəsi bəyənilsə onunla müqavilə imzalanacaq.
