AZAL “Simurq”la oyuna tam heyətlə çıxa bilməyəcək.
Korner.az-ın məlumatına görə, baş məşqçi Vaqif Sadıqov bu matçda Con Olureminin xidmətindən yararlanmayacaq.
Buna səbəb amerikalı yarımmüdafiəçinin cəzalı olmasıdı. Con “İnter”lə matçın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alaraq vərəqə limitini doldurub. Oluremi bundan əvvəl “Neftçi” ilə iki oyunda və “Sumqayıt” matçında sarı vərəqə almışdı.
