Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan AZAL iki futbolçunu baxışa dəvət edib.
Korner.az-ın məlumatına görə, "təyyarəçilər"in düşərgəsindəki futbolçular əcənibidir.Vaqif Sadıqovun diqqətini cəlb edən oyunçular Yeni Qvineyalı hücumçu Siaka Banqura , digəri isə moldovalı yarımmüdaçiəçi Artur Tapranovdu.
Qeyd edək ki, Banqura Türkiyənin "Kartalspor" Tapranov isə Ruminyanın "Timişoara" klubundan çağırılıb.
