AZAL-ın əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi baş verib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, Mehman Babayevlə yolları ayıran rəhbərlik boş qalmış baş məşqçi vəzifəsini Elnur Zeynalova həvalə edib.
Buna qədər AZAL-ın U-19 komandasını çalışdırmış E.Zeynalov artıq dünən əvəzediciləri məşqə də çıxarıb.
