Cari mövsümü ikinci “altılıq”da lider bitirən AZAL üç futbolçusu ilə yeni müqavilə bağlayıb.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər” qapıçı Ruslan Məcidov, müdafiəçi Tural Nərimanov və yarımmüdafiəçi Bronislav Arseniyeviçlə yeni müqavilə imzalayıb.
Paytaxt klubu Saşa Yunisoğlu ilə yollarını ayrarkən, “Simurq”dan Qərib İbrahimovu rənglərinə bağlamışdı.