Premyer Liqanın XXXII turunda istirahət edəcək AZAL bir neçə gündən sonra XXXIII tur üçün “Bakı” ilə oyunun hazılıqlarına start verəcəklər.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər” sözügedən matçda daha bir əsas heyət üzvünün xidmətindən yararlana bilməyəcək.
Belə ki, “İnter”lə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən gürcü müdafiəçi Laşa Kasradze “Bakı”ilə oyunda komandasına kömək edə bilməyəcək.
