“Bakı”nın Premyer Liqanı tərk etməsindən sonra transfer vərəqəsini klubdan almış yeganə futbolçu Tural Qürbətovdur.
Korner.az-ın məlumatına görə, artıq Qürbətov özünə yeni komanda tapıb.
Belə ki, AZAL-la danışıqlar aparan hücumçu iki illik müqavilə imzalamağa razılıq verib. Yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir. (sportal)
