Qış hazırlığını Bakıda keçəcək AZAL-ın yoxlama oyunu keçirəcəyi iki rəqib müəyyənləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Vaqif Sadıqov yetirmələrini “Araz” və “Sumqayıt”la oyunlarda sınayacaq.
Yanvarın 15-də I divizionun lideri “Araz”ı qəbul edəcək “təyyarəçilər” 3 gün sonra Premyer Liqanın autsayderi “Sumqayıt”la üz-üzə gələcək. Bundan başqa AZAL yanvarın 11-i, 22-i və 25-də daha üç oyun keçirəcək. Rəqiblərin kimliyi bəlli olmasa da, Bakı klubunun “Şahdağ” və “Neftçala” ilə qarşılaşmaq imkanı var.
