Ötən ilin dekabrında Topaz Premyer Liqada “Neftçi” ilə oyunda topuq nayihəsindən ciddi zədələnən AZAL-ın futbolçusu Xuan Fransisko uzun fasilədən sonra məşqlərə başlayıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komandanın ispaniyalı yarımmüdafiəçisi müalicə və tibbi bərpa prosesini uğurla başa vurduğundan həkimlər onun meydançaya qayıtmasına icazə verib.
Xuan aprelin 15-də keçiriləcək məşqdə iştirak edə biləcək.
