Topaz Premyer Liqasının ilk turunda “Xəzər Lənkəran”la oyunda zədələnən AZAL-ın qapıçısı Ruslan Məcidovun durumu yaxşılaşıb.
Korner.az-ın məlumatına görə, əlcək sahibi növbəti turda meydana çıxa bilər.
Maraq üçün bildirək ki, Məcidovun zədəsi ciddi olduğu üçün Rusiyaya müalicə almağa getmişdi. O, bir müddət sonra Bakıya qayıdaraq zədəsini paytaxtda sağaltmağa qərar vermişdi.
