Qış fasiləsi yaxınlaşdıqca komandaların heyətlərində edəcəkləri dəyişikliklər də maraq doğurmağa başlayır.
Korner.az-ın məlumatına görə, ilin sonuna iki tur qalsa da, artıq AZAL-ı tərk edəcək futbolçuların siyahısı böyük ölçüdə dəqiqləşib.
Yuri Famenko, Emin Cəfərquloyev, Xuan Françisko, Murad Ağayev, Freddi Borq və Natiq Kərimi böyük ehtimalla qışda “təyyarəçilər”dən ayrılacaqlar.
