Premyer Liqanın XXV turunda “Simurq”la qarşılaşacaq AZAL meydana ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, baş məşqçi Vaqif Sadıqov 4 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, “Rəvan”la oyunda qırmızı vərəqə alan Viktor İbekoyi və Aylton, zədə səbəbindən isə Xuan Fransisko və Samuel Barlay matçı buraxacaq.