AZAL-ın iki futbolçusu ilə müqaviləsi başa çatır.
Korner.az-ın məlumatına görə, mövsümün sonunda kapitan Viktor İbekoyi və qol ümidi Con Olureminin anlaşması bitəcək.
Baş məşqçi Tərlan Əhmədov hər iki futbolçunun komandada qalmasını istəyir. Klub rəhbərliyi tezliklə onlarla danışıqlara başlayacaq və yeni müqavilə təklif edəcək.
Qeyd edək ki, Con Oluremi cari mövsümdə Premyer Liqanın 29 oyununda 7, İbekoyi isə 27 matçında 6 qol vurub.
