Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Qaradağ Lökbatan” komandası yeni mövsümün hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, ötən mövsümü ikinci yerdə başa vuran komanda iyulun 30-da növbəti yoxlama oyunu keçirib. Lökbatanlılar AZAL ilə ilə qarşılaşıb.
“Azal Arena”da keçirilən matçda qalib müəyyənləşməyib – 1:1. “Qaradağ Lökbatan”ın qolunu Sabir Allahquliyev vurub.
Qeyd edək ki, “Qaradağ Lökbatan” bu gün saat 18:00-da, Bakı Olimpiya Stadionunun yardımçı meydançasında “İnter” komandası ilə növbəti yoxlama oyununa çıxacaq.
