Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Fransa mətbuatına açıqlamasında “Bakı”nın prezidenti Hafiz Məmmədovun “Lans”a sponsorluq edə biləcək durumda olmadığını bəyan edib.
Korner.az-ın məlumatına əsasən, Nazir, Hafiz Məmmədovun bundan sonra da “Lans”a ən azı azarkeş kimi dəstək olacağını deyib.
“Hafiz Məmmədov indi bu komandanı maliyyələşdirəcək durumda deyil. İflas? Bu barədə elə də məlumatlı deyiləm. Amma bilirəm ki, indi vəziyyəti ağırdı”.
