“AZ Alkmaar” baş məşqçisi ilə yollarını ayırdı
19.01.2026 , 17:40
Niderlandın “AZ Alkmaar” klubu baş məşqçisi Marten Martenslə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi bu qərarı milli çempionatdakı ardıcıl uğursuz nəticələr səbəbindən verib.
Qeyd edək ki, Marten Martens 2021-ci ildən klubda çalışır, əvvəlcə gənclər komandasını, daha sonra isə köməkçi və müvəqqəti məşqçi vəzifələrini yerinə yetirib. 2024-cü ilin yanvarında isə əsas komandanın baş məşqçisi təyin olunub.