big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Azərbaycanlı “Arsenal” fanatının dramı: Kimə sevinək, kimə ağlayaq?

05.10.2018 , 12:48

Avropa Liqası qrup mərhələsinin II turunda “Qarabağ” London “Arsenal”ı ilə qarşılaşdı. Azərbaycanda xeyli azarkeşi olan komandanı Bakıya qonaq edən ağdamlılar əksər futbolsevəri çətin durumda qoydu. Uşaq yaşlarından sevdiyi komandaya qarşı doğma ölkəsini təmsil edən komanda mübarizə aparacaqdı. Belə durumda sual yaranır: Kimə sevinək, kimə ağlayaq? Qarabağ azərbaycanlıların ən həssas yeridir, “Qarabağ” isə kədəridir. İnsanı isə nə xoşbəxt edə bilər? Kədərin sevincə çevrilməsi. Son illərdə ölkə olaraq kədərimizi sevincə çevirən yalnız bir ad var – “Qarabağ”! Bu səbəbdən ölkəsinə bağlı olan heç bir futbolsevər “Qarabağ”dan vaz keçə bilməz, haqqı yoxdur. “Arsenal”a gəlincə, futbolu sevdirən, hər həftəsonunu gözləməyə məcbur edən komandadır. Əsəbin, sevincin, kədərin nə olduğunu öyrədən komandadır. Kiçik paradoksal müqayisəyə baxaq:

“Qarabağ” olmasaydı, “Arsenal” Bakıya gəlməyəcəkdi.
“Arsenal” olmasayadı, futbol bizim üçün 22 nəfərin bir topun arxasınca qaçdığı mənasız oyun olacaqdı

Belə olduğu halda, həqiqətən kimə sevinib, kimə ağlayacağını müəyyən etmək çox çətin olur. “Arsenal” azarkeşinin 90 dəqiqə ərzində keçirdiyi hissləri yazıya çevirsək:

“Start fiti səslənir, matç başlayır. Ölkənin ən böyük kədərini ifadə edən qara və kiçik yaşlardan sevməyə başladığın qırmızı rəng. Tabloda aşağı hissədə dəqiqələr irəliləyir, tam mərkəzdə isə iki loqo. Biri son illərdə sənə hər cür sevinci yaşadan komandanın, digəri hərfləri yazmağı öyrəndikdən sonra boş kağızda çəkməyə çalışdığın komandanın loqosudur. İki ciddi duyğunu ifadə edən rənglərin, qara və qırmızının mübarizəsi başlayır. Qara kədərin, qırmızı sevginin rəmzidir. Maraqlıdır, görəsən meydanın hansı hissəsinə baxmaq lazımdır? Ən yaxşısı, ancaq topa baxmaqdır, hara göndərsələr, oranı da izləyək. Sevgi ilk dəqiqələrdən kədəri üstələyir, sevinməyə başlayırsan. Sonra bir anlıq boşluq yaranır. Çünki kədərin deyir ki, mən də varam, belə tez unuda bilmərsən. Çalışır, vuruşur, sevgiyə qalib gəlmək istəyir. Əlindən gələnin artığını edir. Ancaq yox, heç nə edə bilmir. Hər iki duyğuya bir bədəndə sahib olan azarkeş çaşbaş qalıb. Bu məcrada ilk hissə bitir, ikinci hissəni gözləyirsən. Yenə eyni hisslər. Kədər səndən əl çəkmir, keçmişini unutma deyir, heç nəyi unutma, sevgi baş aldadır, göz bağlayır. Və artıq qara rəngin üsyanı sənə təsirsiz ötüşmür, sevgini unudub kədərini dəstəkləyirsən. Bəli, daxili dünya nisbətən rahatlıq tapır. “Qəribədi, belə olmamalı idi” dediyin anda stadion səssizliyə bürünür sən qışqırıb sevinmək istəyirsən. Oyunun sonuna kimi hər kəs üzüləndə sevinmək istəmək? Kədər hara getdi? Adını bilmədiyin hissləri yaşa və sonra daha bir səssizlik. Nə baş verir? Oyunun geri qalan hissəsini anlaşılmaz hisslərlə keçirirsən. Nəticə, qalibi müəyyən olmayan duyğu mübarizəsi başa çatır”

Əlbəttə, stadionda sevgini kədərdən üstün tutan və ya əksini rahatlıqla edə bilən azarkeşlər də vardı. Onlara soyuqqanlı olmasına görə alqış düşür. Bunu bacarmayanlar isə çətin 90 dəqiqəni qeyri-müəyyən hisslərlə yekunlaşdırdı. Bu hissləri yaşamayan, sadə azarkeşlərə isə kiçik bir məsələni xatırlatmaq yerinə düşər: “Biz oyuna “Qarabağ”ın yox, “Arsenal”ın rənglərində baxırıqsa, xain, satqın deyilik, futbol azarkeşiyik”

Məmmədov İlkin

Son yazılar

To Top