big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Azərbaycanın romantik və realist azarkeşləri

10.12.2018 , 12:18

Topaz Premyer Liqasında 14 tur geridə qalıb. 2018-ci ildə keçirilməli olan bütün Premyer Liqa matçları dünən baş tutdu. İlin son turunda 4 fərqli stadiondaki azarkeş sayı 22 000 təşkil edirdi. Səhv oxumadınız, səhv yazdım, daha doğrusu bir çox futbolsevərin arzusunu yazdım. 22 000 yox, 2 200 azarkeş. Niyə azarkeşlər yerli çempionatı sevmir, niyə izləmir? Bu sual ətrafında bir xeyli müzakirələr olub, səbəblər ortaya qoyulub. Məsələyə sualı başqa cür qoysaq, məlum olar ki, azarkeş doğru yoldadı. Niyə gəlməlidirlər? Bu və bu kimi suallara nikbin, romantik və bədbin, realist azarkeşlərin verdiyi cavabla aydınlıq gətirək.

– Sizin üçün Topaz Premyer Liqası oyunlarına stadiondan baxmağa əsas maneə nədir?
Romantik: Mən futbolu sevirəm, maneə nə olur olsun, sevdiyim komandanın oyununa baxmağa gedirəm!
Realist: Mən də futbolu sevirəm, amma öz canımı daha çox sevirəm. Stadiona getmək üçün uzun yol qət etməliyəm (Dalğa Arena, Əlincə Arena kimi stadionları nəzərdə tutur), bu da böyük vaxt itkisidir. Bilsəm ki, böyük məsafəni qət etməyimə dəyəcək və maraqlı oyun izləyəcəm. Mən də sevə-sevə stadiondan izləyərəm. Təəssüf ki, yatmaq üçün ən uyğunsuz yer stadiondu, bu səbəbdən oyunlara canlı baxıb yuxulamaq istəmirəm.

– Sizcə, Premyer Liqada rəqabət artsa, azarkeş sayı artar?
Romantik: Əlbəttə, hər kəs istəyər ki, maraqlı oyunlar izləsin, gərgin qarşılaşmalara şahidlik etsin. Amma ki, bizimkilər həmişə nəsə tapacaq, bəhanə uyduracaq.
Realist: Nəsə tapıb, bəhanə uydurmağa ehtiyac yoxdu. Ötən il “Qəbələ”, bu il “Neftçi” çempion “Qarabağ”la rəqabət apararır. Ötən illərdə iki komandamız Avropa meydanlarında qışa qədər oynayırdı. Bundan sonra futbolu sevmirik, stadionlara gəlmiriksə, deməli problem bizdə deyil.

– Premyer Liqada azarkeşlərin az olmasında medianın rolu varmı?
Romantik: Bəli, var! Yazmırlar, demirlər, xəbər eləmirlər. Mənim yadıma gəlmir, hansısa oyuna çağırış, həvəsləndirmə tipli yazılar görüm. Ancaq sizin kimi jurnalistlərdi, pisləməyi bacarır elə
Realist: Romantik qardaşımız düz deyir. Gərək hər media orqanı evlərə gedib çağırış etsin. Ya da “Qurban olum, stadiona gəlin!” başlıqlı rubrikaya start versinlər.

– Necə düşünürsünüz, Azərbaycanda futbol ənənəsi varmı?
Romantik: Niyə yoxdu, var! Sovet İttifaqı dövründə bizim xeyli uğurlu futbolçularımız olub, Tofiq Bəhramov kimi dünyaşöhrətli hakimimiz olub. Problem futbol ənənəsində deyil, problem indiki azarkeşlərdədir. Hər şeyin rahat olmasını istəyirlər. Futbol sevgisi nədir bəs? Rahatlıqla heç nə olmur. Biz stadionlara gəlib dəstək olmasaq, heç vaxt heç nə düzəlməyəcək. Azərbaycan futboluna dəstək olmaq lazımdı.
Realist: Futbol ənənəsi olub. İndi də ölkədə futbolla maraqlanan adamların sayı az deyil. Azərbaycanda bölgələrdə futbol olanda stadionlara minlərlə azarkeş gəlir. Ötən il elə də yaxşı durumda olmayan “Kəpəz”in ev oyunlarında stadionda boş yerlər ancaq dağılma təhlükəsi olan tribunalar idi. Hələ “Ağsu”, “Şəmkir” kimi aşağı liqa komandalarının ev oyunlarını demirəm. Azarkeş oyuna gəlir, gələr. Amma Bakı London deyil ki, qərbi, şimali derbiləri olsun. Ona görə də, Azərbaycan çempionatı ilk növbədə ancaq Bakıdan ibarət olmamalıdır.

– Son olaraq, sizcə niyə avrokubok oyunlarında azarkeşlərin sayı çox olur?
Romantik: Komanda ölkəmizi təmsil edir, Azərbaycan adı uğrunda mübarizə aparırlar. Bu çox normal haldır.
Realist: Romantik qardaşımızın dediyi kimi olsa, Azərbaycan millisinin oyunlarında da stadionlar tam dolu olar. Əslində, hər kəs məşhur futbolçuların oyununu görmək üçün meydanlara gəlir. Topaz Premyer Liqasında məşhur oyunçu olsa, ora da bir dəfə, iki dəfə gələrlər.

Bəs siz bu mövzuda romantiksiniz, yoxsa realist?

İlkin Məmmədov
Korner.az

 

Son yazılar

To Top