Azərbaycan yığmasından darmadağın
09.08.2022 , 10:13
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
İdmanxeber.az xəbər verir ki, “Sabah”ın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.
İbrahim Xəlilovun dubl etdiyi oyunda U-16-nın digər qollarını Ramin Əvəzov və Ziya Şəkəranov vurub.