"Mən deməzdim ki, Portuqaliya ilə matç seçmə mərhələdə həlledici olacaq. Qarşıda hələ çox oyunlarımız var".
Korner.az-ın məlumatına görə, bu sözləri Rusiya yığmasının futbolçusu Artyom Dzyuba deyib. 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə matçlardan danışan forvard milli komandamızın da çətin rəqib olduğunu bildirib:
"Elə həmin Azərbaycan yığması da hədiyyə deyil. Portuqaliyalılarla da səfərdə oynamalıyıq. Sadəcə, evdə maksimal sayda xal toplamağımız lazımdır”.