Azərbaycan millisinin keçmiş futbolçusu, hazırda isə "Anji" klubunun baş direktorunun müavini olan Narvik Sirxayev Rusiya-Azərbaycan oyunu haqda təəssüratlarını bölüşüb.
Korner.az-ın məlumatına görə, keçmiş futbolçu Azərbaycan komandasının get-gedə təkmilləşdiyi qənaətindədir:
"Keçən seçmədə Berti Foqtsun yetirmələri İsraillə oyunda yaxşı şans əldə etsələr də, bunu dəyərləndirə bilmədilər. Portuqaliya ilə oyunda da Azərbaycan böyük hesablı məğlubiyyətə layiq deyildi.
Azərbaycan Moskvada əsas müdafiəyə üstünlük verəcək. Ciham Ozkar və Vaqif Cavadov Rusiya millisinə problem yarada bilər.
Futbol haqqında qabaqcadan danışmaq çətindir. Lakin düşünürəm ki, matç 1:1 hesabı ilə başa çatacaq".