Azərbaycan millisinin futbolçusu vəfat etdi
25.07.2020 , 14:38
Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook” səhifəsi məlumat yayıb.
Futbolçu uzun müddət davam edən xəstəlikdən sonra ölüb.
Qurqenidze 2016-cı ildən Azərbaycan millisinin müxtəlif yaş qruplarında forma geyinib.