Azərbaycan Kuboku: oyunların vaxtı açıqlandı
25.11.2019 , 16:03
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
Korner.az xəbər verir ki, 1 oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək:
3 dekabr (çərşənbə axşamı)
“Keşlə” – “Kəpəz”
“ASCO Arena”, 15:00
4 dekabr (çərşənbə)
“Sabah” – “Ağsu”
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00
“Zirə” – “Qaradağ Lökbatan”
Zirə İdman Kompleksinin stadionu, 14:00
“Sumqayıt” – “Zaqatala”
“Kapital Bank Arena”, 17:00
Qeyd edək ki, püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan – Zirə” görüşü hər iki komandanın razılığı əsasında “Zirə – Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. “Sabah” – “Ağsu” matçından başqa bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.