Azərbaycanın
ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun
almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən “Cycle
Classic” turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib.
Korner.az-ın Azərbaycan velosiped idmanı federasiyasının istinadən verdiyi məlumata görə, O, 143 km-lik
mərhələnin qalibi, avstraliyanın “Drapac Professional Cycling” komandasının
hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb və finişi 2-ci keçib.
Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci
olmuşdu. 2 mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə
geri qalır və 12-ci mövqedədir.Sabahkeçiriləcək 3-cü mərhələdə işritakçılar 154.5 km məsafə qət
edəcəklər.