Azərbaycan klubunda ispaniyalı oyunçu
26.06.2020 , 14:58
“Azerreyl” heyətini yeni voleybolçu ilə gücləndirib.
Korner.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda ispaniyalı Anna Nyusamı heyətinə qatıb. 23 yaşlı toppaylayıcı 2020/2021 mövsümündə “Azerreyl”də çıxış edəcək.
Qeyd edək ki, Anna Nyusam “Barselona”nın yetirməsidir.