Aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva, Xədicə Quliyeva Slovakiyaya yola düşüblər.

Korner.az xəbər verir ki, onlar 31 mart – 2 aprel aralığında paytaxt Bratislava şəhərində keçiriləcək 24-cü Slovakiya Açıq Beynəlxalq turnirində iştirak edəcəklər.

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova isə 31 mart – 3 aprel aralığında Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçiriləcək “Suada Dilberoviç” beynəlxalq turnirinə yola düşüblər.