big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Azərbaycan futbolunda ən önəmli transferin qarşısını “sapı özümüzdən olan baltalar” aldı” – LAYİHƏ

22.03.2017 , 17:10

Korner.az və Sportfm.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində onuncu yazısı
 
Əvvəlki yazıları oxumaq üçün kliklə: http://korner.az/v3/kat.php?q=82/l
 
Çalxantılı dönəmin yola saldıqları…

Azərbaycan futbolu 90-cı illərin əvvəlində çaşqınlıq dövrünü yaşayırdı. Sovetlər Birliyinin “futbol havasını” udan “Neftçi” ölkədaxili yarışlarda özünü sudan quruya düşən balıq kimi hiss edirdi. Oyunçıların çoxu seçim qarşısında qalmışdı. Hətta bəziləri həmin ərəfədə karyerasını bitirməyi qərara aldı. Müstəqil Azərbaycan çempionatında səviyyənin aşağı olması, pulun olmaması, istedadlı futbolçuların ölkədən çıxmasına səbəb oldu. Nazim Süleymanov, Vəli Qasımov, Dmitri Kramarenko, Vladislav Nosenko, İqor Getman, Arif Əsədov, Rasim Abuşev, Samir Ələkbərov və s. “Neftçi” üzvləri digər ölkələrə yollandı. Onlar əsasən Rusiyanın, Ukraynanın, İsrailin klublarında özlərinə yer tapdılar. 

Futbolçularımızın xaricə yollanmasının 2-ci cərəyanı 2002-03-cü illərdə başladı. Klubların 2002-ci ilin aprelində 11-ci milli çempionatı dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi. Futbolsuz qalan Azərbaycanda xeyli sayda oyunçu Ukrayna, İran və Rusiyanın 1-ci divizionunun yolunu tutdu. Arxada qalan illər ərzində ölkə futbolunu yüksək səviyyədə təmsil edənlərin adlarını çəkdikdə, ilk sırada Vəli Qasımov xatırlanır. Hələ Sovet dönəmində “Neftçi”ni İsveçin ortabab klublarından olan “Nörçepinq”ə dəyişən və orada it-bat olan İqor Ponomaryovla nisbətdə Qasımov Moskva “Dinamo”sunda bombardir ola bildi. Ölkə futbolu tarixində ilk dəfə “böyük beşlik” ölkələrindən olan İspaniyada karyerasını davam etdirən forvard “Betis”də nəyə qadir olduğunu sübut etdi. Ancaq Vəli Pireney yarımadasında qalsa da, İspaniyanı tərk etməli oldu. Portuqaliya karyerası alınmayan sabiq “Neftçi”linin zədə səbəbindən bir daha əvvəlki formasını bərpa edə bilməməsi gözdən itməsinə gətirib çıxardı. Vəli Qasımovdan sonra Avropanın ən reytinqli beş çempionatında(İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa) 2-ci futbolçumuzun peyda olmasını uzun illərdir gözləyirik, ancaq belə bir keçid baş tuta bilərdi. 

Pulun gətirdiyi durğunluq dövrü

2005-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı əsasında “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qüvvəyə minməsi ilə əlaqədar ölkə futbolunda canlanma yarandı. Xaricdə olan az-çox oyunçularımız vətənə geri dönməyə başladı. Artıq Azərbaycan çempionatının klubları yüksək ödənişli legionerləri transfer etməklə yanaşı, yerli futbolçulara böyük pullar verirdi. Belə olan təqdirdə Azərbaycanı tərk etməyə onsuzda həvəsli olmayan futbolçularımız yerli klublarda “gün keçirirdi”.  
2010-11-ci illər mövsümündə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionatının qızıl medallarını qazandı. Həmin il İngiltərədən klubun yetirməsi olan Araz Abdullayevə rəsmi dəvət gəldi. Belə ki, ada ölkəsinin ən köklü klublarından olan “Everton” azərbaycanlı gənci sıralarına qatmaq fikrinə düşmüşdü.
19 yaşlı yarımmüdafiəçi “Everton”un seleksionerlərinin diqqətini Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının heyətində Şotlandiya ilə səfər matçında cəlb etmişdi. Əslində, bu İngiltərə klublarından azərbaycanlı futbolçuya gələn ilk təklif deyildi. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında SSRİ yığmasının heyətində parlaq oyun nümayiş etdirən əfsanəvi “Neftçi”li forvard Anatoli Banişevski bir çox ingilis komandasından transfer təklifi almışdı. Ancaq o dövrdə belə keçidin baş tutması mümkün deyildi. 

Futbolun yaradıcılarını valeh edən 2-ci “Neftçi”li

İngilislər Araz Abdullayevin transferində maraqlı olduqları dönəmdə “Neftçi”nin vitse-prezidenti vəzifəsini daşıyan Tahir Süleymanov futbolçuya təkcə ingilislərdən deyil, həm də Rusiya klubundan transfer təklifi gəldiyini deyir: “Araza iki klubdan rəsmi dəvət gəldi. “Rubin” və “Everton” onu almaqda israrlı idi. Hər iki klubla rəsmi danışıqlar aparıldı. Arazın yunan meneceri Tasosla birgə seçimi “Everton”dan yana oldu. Bu yöndə “Neftçi” tərəfindən futbolçuya heç bir maneə yaradılmadı”.

O dönəmdə “Neftçi” futbol klubunun prezidenti olan Sadıq Sadıqov futbolçunun transferi üçün paytaxtımıza gələn İngiltərə “Everton”unun rəsmiləri – beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrison və İnkişaf Departamentinin direktoru Con Merdoku qəbul etdi.
T.Süleymanov qonaqlarla danışıqların yüksək səviyyədə keçdiyini deyir: “İngilislərlə yüksək səviyyədə danışıqlar aparıldı. İngilis klubunun səlahiyyətli nümayəndələri Bakıya gəldi. “Everton”un baş məşqçisi(Deyvid Moyes – red.) Abdullayevin keçidində çox israrlı idi. Buna görə də işçi vizasının alınması üçün milliyə davamlı çağırılması üçün şəxsən Berti Foqtsla (O dönəmdə Azərbaycan yığmasının baş məqşçisi – red.) telefonla danışaraq qarant aldı”. 

Abdullayevə alman əngəli 

Ancaq hadisələrin sonkarı gedişatı göstərdi ki, almaniyalı mütəxəssis Moyesə verdiyi sözün üstündə durmadı. Məhz bu amil müstəqillik dönəmində yetişən ən istedadlı futbolçularımızdan biri olan Arazın gələcək karyerasına ciddi şəkildə mənfi təsir göstərdi. 
Tahir bəy bu transferdə ilk addımı qarşı tərəfin atdığını qeyd edir: “Onlar bu keçidin baş tutmasını çox istəyirdi. Tezliklə iki klub arasında rəsmi müqavilə imzalandı. Müqavilə şərtlərinə uyğun “Everton” “Neftçi”nin hesabına ilk olaraq 50 min dollar pul ödədi. İşçi vizasının həllindən sonra isə əlavə ödənişlər olacaqdı”.
Bu keçid Avropa və dünyada da əks-səda doğurmuşdu. Azərbaycandan birbaşa İngiltərə Premyer Liqasına, “Everton” kimi kluba futbolçu transferi FİFA-nı da maraqlandırmışdı. Xüsusi olaraq Araza görə Bakıya gələrək film çəkilmişdi.

Rəsmi müqavilə imzalandıqdan sonra futbolçu  İngiltərəyə yola düşdü. Tibbi baxışdan və müxtəlif testlərdən keçən Araz Abdullayevin işçi vizasının alınması üçün rəsmi sənədlər İngiltərə dövlət orqanlarına təqdim edildi. Bu işlərdə İngiltərənin Azərbaycandakı səfirliyi də hərtərəfli dəstək olurdu. Araz gənc futbolçu olduğu üçün ingilis klubunun rəsmi məktubuna əsasən həmin dönəmdə millinin heyətində 3-5 oyuna çıxması kifayət idi. Özü də onun start heyətində yaşıl meydana ayaq basması önəmli deyildi. Əsas əvəzetmədən olsa belə rəsmi protokolda adının əks olunması idi. Bu müddət ərzində Abdullayev ingilislərin əsas heyəti ilə  Avstriya, Dubay toplanışlarında, gənclərlə isə Moskva turnirində iştirak etdi.
Tahir Süleymanov gənc futbolçunun İngiltərədə oynamaması üçün Berti Foqtsun əlindən gələni etdiyini bildirir: “Deyvid Moyes Araz üçün fiziki hazırlıq üzrə xüsusi hazırlıq proqramı tərtib  etmişdi. Qısa zamanda, 5-6 aya onu əsas heyətdə görmək istəyirdi. Və….Milli “oyun”ları başladı. Foqts israrla, bilərəkdən Arazı millinin oyunlarında 18-likdə ola-ola bir dəqiqə də olsa meydana buraxmadı. “Neftçi” tərəfi olaraq AFFA rəhbərliyinə, baş katibə fikirlərimizi çatdırsaq da, irəliləyiş olmadı. Hətta Belçika səfərində məğlub olarkən oyunun sonlarında şəxsən özüm Belçikaya telefon açdım. AFFA-nın baş katibi ilə danışdım, dedim ki, onsuzda milli böyük hesabla məğlub olur, Araz ehtiyatdadır, nəyə görə 1-2 dəqiqə də olsa meydana buraxmırsınız?! İşçi vizasının alınması üçün onun oynaması mütləq şərtdir…Elxan Məmmədov dedi ki, Foqts baş məşqçidir, onun işinə qarışa bilmərik. Bu həmin dönəm idi ki, Axtyamovlar millidə at oynadırdılar. Açıq-aşkar Arazın “Everton”a keçməməsi üçün əllərindən gələni etdilər”. 

“Neftçi”nin sabiq vitse-prezidenti sonrakı dönəmdə futbolçunun Yunanıstana yollanmasına da aydınlıq gətirdi: “Belə durum Araza psixoloji olaraq çox pis təsir edirdi. Vəziyyətin düzəlməsi ümidi ilə Araz Yunanıstana, “Panionis” klubuna icarəyə verildi. Davamlı əsas heyətdə oynamasına baxmayaraq millinin qapısını onun üzünə bağladılar. “Everton” klubunun baş məçqçisi bu duruma çox məyus olmuşdu. Dəfələrlə Bakıya, “Neftçi”yə  klub tərəfindən yazılı elektron məktublar daxil oldu. Azərbaycan futbolu adına milliyə cavabdehlərin niyə düşmənçilik etdiyi anlaşılan deyildi. 19 yaşlı futbolçumuz birbaşa millidə oynadılmamasına görə işçi vizası ala bilmədi. Azərbaycan futbol tarixində ilk dəfə olaraq İngiltərə Premyer Liqasına keçidin qarşısı bilərəkdən alındı. Bunun adı birbaşa futbola xəyanət, düşmənçilik idi”. 
Tahir Süleymanov gənc futbolçunun “Everton”a transferi gerçəkləşəcəyi təqdirdə, orada uğur qazana biləcəyini söyləyir: “Gənc yaşlarından İngiltərəyə yola düşsəydi, Araz istedadı hesabına ustalığını daha da artıracaq, ingilis futbol sisteminə uyğunlaşacaqdı. Müstəqil Azərbaycan futbolunda ən önəmli transferin qarşısını “sapı özümüzdən olan baltalar” aldı”.

Futbolçunun karyerası ilə bağlı sonrakı hadisələr hər kəsə məlumdur. Hazırda “Qəbələ”nin şərəfini qoruyan Araz Abdullayevin yenidən Avropanın yolunu tutacağı ümidiylə…

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top