big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Azərbaycan çempionatının rəqabətsiz şəraiti və yeganə güclü klub üçün “Seltik”nümunəsi- YAZI

06.12.2015 , 15:24

Heç
kimə sirr deyil ki, Azərbaycan millisi ilə müqayisədə klublarımız son illərdə
yetərincə böyük uğurlara imza atıblar. Milli yığmamızın illərdir “yerində
sayması”na rəğmən, klublarımız son 3-4 ildə beynəlxalq miqyaslı yarışlarda
üzümüzü güldürməyi bacarıblar. O başqa söhbətin mövzusu ki, klublarımızın
uğurlarının arxasında əksər hallarda legioner futbolçu amili dayanıb. Amma t
əəssüflə
də olsa, qeyd etməliyik ki, bu gün üçün Azərbaycan klublarının vəziyyəti və
çempionatımızın səviyyəsi o qədər ürəkaçan deyil.  Premyer Liqamızda cəmi-cümlətanı 10 klub var.
9 milyon nəfərdən çox əhalisi olan bir ölkə üçün bu rəqəmin yetərli olduğunu düşünmürəm.
Sözügedən 10 klubdan 6-ı Abşeron yarımadasını (“Zirə”, “Sumqayıt”,
“İnter”,”Neftçi”, AZAL, “Rəvan”) təmsil edirsə, 
çempionatımız da cəmi 4 bölgə təmsilçisi( “Qarabağ”,”Qəbələ”, “Xəzər Lənkəran”,
“Kəpəz”). “Qarabağ”ın Ağdamı yalnız kağız üzərində təmsil etdiyini nəzərə
alsaq, paytaxt klublarını Bakıdan kənara çıxmağa məcbur edən cəmi 3 klub var.

İndi
isə keçək bizim Premyer-Liqadakı vəziyyətə. AZAL-la “Rəvan”ı əvvəlcədən
siyahıdan çıxardaq. Onsuz da bu klubların çıxışı formal xarakter daşıyır və ən
yaxşı halda çempionatda qalmaq üçün oynayırlar. “Xala xətrin qalmasın” prinsipi
ilə görüşlərə çıxan komandaların maddi vəziyyətlərini nəzərə alsaq, artığını
gözləmək möcüzəyə bərabər olar. Çempionatın bu ilki debütantlarından olan “Zirə”
haqda isə indiki vəziyyətdə xoş sözlər deyə bilərik. Təcrübəsinin çox az
olmasına baxmayaraq, sözügedən komanda başından yuxarı tullanmağı bacardı. Amma
bir məqam sözügedən klubun idarəçilərini narahat etməyə bilməz. Belə ki,
UEFA-nın avrokuboklarda oynamaq üçün vəsiqə qazanan komandaların qarşısında
qaldırdığı tələblərdənn biri də budur ki, həmin komanda  ən azı 3 il peşəkar
formada  daxili miqyaslı yarışlarda  çıxış etməlidir.
“Zirə”də isə bu mövsümlə bərabər həmin müddət 2 il təşkil edir. Belə olan halda
xüsusi bir güzəşt edilməyəcəyi təqdirdə mövsümün sonunda “Zirə” avrokuboklara vəsiqə
qazansa belə, beynəlxalq arenada boy göstərə bilməyəcək.Təbii ki, bizim də arzumuz
budur ki, belə bir hal baş versə Bakı klubu üçün xüsusi icazə çıxardılar və heç
kimin haqqı yerdə qalmaz.

”İnter”in maliyyə baxımdan bir çox problemlərinin olduğu
hələ ötən mövsümün sonlarından bəlli idi. Əslinə qalsa, bütün çətinliklərə rəğmən
komanda yetərincə əzmkar oyun nümayiş etdirir, təkcə onu qeyd etmək kifayətdir
ki, “bankirlər” hal-hazırda da turnir cədvəlində dördüncü  pilləni tutur.Zaur
Svanadze və kollektivi bu mövsüm istər avrokuboklarda, istərsə də, daxili
çempionatda bir daha sübut etdi ki, hər şey pul demək deyil.Ammal istənilən
halda maliyyə amilinin rolunu çox da kiçiltmək olmaz. Əgər paytaxt klubunun bu
vəziyyəti düzəlməyə doğru getməzsə, AFFA-nın avrokuboklarda iştirak üçün
“bankirlər”ə lisenziya verməsi müşkül məsələdir. Federasiya güzəranı yaxşı
olmayan, səfərə çıxmağa, otel sifariş etməyə pulu olmayan kluba lisenziya verərək ikinci dəfə  “başını ağrıtmaz”.

“Xəzər
Lənkəran” da əzəmətini çoxdan itirib. Legioner futbolçulara verdiyi milyon
dollarlarla fəxr edən, özünə “Qafqazın Çelsisi” ləqəbini götürmüş klub indi
maliyyə sarıdan korluq çəkir. Əslinə qalsa, cənub təmsilçisində bu durğunluğun
səbəbini, illərdir davam bədxərcliklə yanaşı, müəyyən iqtisadi və siyasi
çalarlarda da axtarmaq lazımdır. Faktiki olaraq bu komanda yarılamaqda
olduğumuz mövsüm üçün iddiasını itirib. İlk “üçlük”dən 12 xal geri qalan cənub
klubu “dünya dağılmasa”, 5-8-ci pillələrdən birini tutacaq.Hələ mən
futbolçuların FİFA-da yığılıb qalan şikayətlərini  bundan yarana biləcək xal cəzalarını və
transfer qadağalarını demirəm.

“Neftçi”də
isə vəziyyət bir qədər fərqlidir. Əgər mən bu yazını 3-4 həftə öncə hazırlamış
olsaydım “bakılılar”ı da rahatlıqla iddiasızlar kateqoriyasına  daxil edərdim. Amma Əsgər Abdullayevin baş məşqçi
postunu təhvil almasından sonra ardıcıl iki oyunda “Xəzər Lənkəran” və
“Qarabağ”ı məğlub etməsi “ağ-qaralar”a könül verənlər də ümid oyatdı.Əlbəttə,
iki qələbə hələ heç nə demək deyil və hələ gediləsi çox yol var.İndiki heyət
uğur qazanmaq üçün yetərli deyil və belə bir situasiyada dünyanın ən yaxşı məşqçisinin
belə edə biləcəyi çox şey yoxdur. Hər şeydən öncə komanda rəhbərliiyi illərdir
davam edən “hazır maşındır, benzin tök, sür, get” prinsipindən əl çəkməlidirr.
Qarşıdan qış təlim-toplanışları gəlir Məhz həmin ərəfədə “Neftçi”nin ikinci
dövrəyə necə hazırlaşmasından çox şey asılıdır. Sözügedən dövrdə “ağ-qaralar”ın
taktiki-fiziki hazırlıqlarına və seleksiya çalışmalarından sonra klubun gələcəyi
fikir söyləyə bilərik.

“Qəbələ”də
də Avropa Liqasının  ikinci turunda
“Krasnodar”a məğlubiyyətdən sonra kəskin eniş hiss olunmaqdadır.  Əslinə qalsa, komanda
mövsümün ilk dövrlərindəki oyunu ilə bir çoxunun rəğbətini qazanmağı bacarmışdıdı.
Burda bir söz lap yerinə düşür: “Uğuru qorumaq, onu qazanmaqdan daha çətindir”.
“Qırmızı-qaralar”da qəfil eniş səbəbini konkret olaraq Cavid Hüseynovun məlum səbəblərdən
yoxluğu ilə bağlamaq da düzgün deyil, hər halda sözügedən futbolçu avqustun əvvəllərində
məsuliyyətə cəlb olunubsa, “Qəbələ” noyabrın əvvəllərinə qədər pis-yaxşı nəyə
isə nail olub. Ola bilsin, şimal klubu bizim komandaların ənənəvi problemlərindən
biri olan eyforiyaya tutulub, qazanılan uğurların missiya üçün yetərli olduğunu
düşünür. Digər klublardan, fərqli olaraq, “Qəbələ”nin maddi vəziyyəti yetərincə
yaxşıdır və uğursuzluğun səbəbini baş məşqçi Roman Qriqorçukun heyət seçimindəki
səhvlərində axtarmaq lazımdır. İstənilən halda, “Qəbələ”nin də böyük potensialı
var və bu klubun nəyə nail olub-olmayacağı barədə qış fasiləsindən sonra dəqiq
fikir bildirmək daha məqsədəuyğun olar

Adamı
yandıran da odur ki, “Qarabağ” istina olmaqla yerdə qalan 9 klubun da maddi—mənəvi
baxımdan bir çox problemlərdən əziyyət çəkir. İndiki vəziyyətdə  Azərbaycan standartlarına görə “Qarabağ”ı yetərincə
inkişaf etmiş və Avropa səviyyəli klub hesab edə bilərik. Amma bu hələ heç nə
demək deyil. Ağdamlıların gücünün fonunda digər klubların gücsüzlüyü “köhlən
atlar” üçün böyük əngəlldir. Əgər bir klub ilboyu Avrokuboklarda çıxış etdiyi
7-8 qarşılaşmadan başqa,güclü komandalara qarşı qüvvəsini sınaya bilmirsə,
hansı inkişafdan danışa bilərik? Bu baxımdan bizim üçün ən gözəl nümunəni
Şotlandiyanın “Seltik” klubu təşkil etməlidir. Şotlandiya klubu 2012-ci ildə
“Qlazqo Reyncers”in iflasından və bu səbəbdən sözügedən klubun iflasından sonra
faktiki olaraq öz ölkəsində hegemonluq edir. Təbii ki, bu “Seltik”in gücünün
yox, digər klubların aşkar zəifliyinin əməli nəticəsidir. Buna rəğmən, “Seltik”
klubu son illərdə Avrokuboklarda o qədər də yüksək səviyyədə çıxış edə bilmir,
necə deyərlər: “Evdə xoruz, çöldə fərə”. Maraq üçün qeyd edim ki,  bu ilin avqust ayında Çempionlar Liqasının
III Təsnifat mərhələsi çərçivəsində Bakıda 
keçirilən “Qarabağ”-“Seltik” matçından əvvəl (0:0) sözügedən məsələ barədə
şotland klubunun baş məşqçisi Ronni Deylaya suall ünvanlamış,norveçli isə
konkret bir şey bildirməsə də, problemin mövcudluğunu təkzib etməmişdi.

Ürfan Mənnnədzadə 

Son yazılar

To Top