Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində iştirak edən atletlərimiz Vətənə qayıdıblar.

Korner.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları yaxınları və dostları, mütəxəssislər, rəhbər şəxslər, KİV nümayəndələri, digər ağır atletikasevərlər qarşılayıblar.

İdmançılara gül buketləri və qələbə çələngi təqdim edilib, xatirə şəkilləri çəkdirilib.