“Azəryol” yeni mövsümün hazırlıqlarına start verib.
Korner.az-ın məlumatına görə, klub yeni himnini, talismanını, loqotipini və formasını ictimaiyyətə təqdim etdikdən sonra Bakıda qonaq olan Krasnodar “Dinamo”su ilə yoxlama matçı keçirib.
Görüş “sülh”lə başa çatıb. Belə ki, “Azəryol” ilk hissədə məğlub olsa da, ardınca hesabda önə keçib. Lakin 4-cü setdə yenidən şimal qonşularımız fəallaşıb və status-kvonu bərpa ediblər.