Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012-2013-cü il mövsümündə ilk oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, komanda qrup mərhələsi çərçivəsində evdə Almaniya klubu ilə qarşılaşacaq.
Təmsilçimizin ilk rəqibi “Dresdner” komandasıdır. Komandamız bu rəqibi ilə doğma meydanda – Azərbaycan Voleybol Mərkəzində qarşılaşdığından, şansları daha yüksək qiymətləndirilir.
