Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib.
Korner.az-ın məlumatına görə, beynəlxalq arenada çıxış edəcək 4 komandamızdan mübarizəyə öncə “Azərreyl” başlayıb.
Bakı təmsilçisi “Challange Cup”ın II təsnifat mərhələsinin ilk görüşündəcə gücünü ortaya qoyub. Cütün favoriti olan “Azərreyl” Avstriya “İnsbruk”una heç bir şans verməyib.
Belə ki, 2 mövsümlük fasilədən sonra yenə “Challange Cup”da oynayan paytaxt təmsilçisi birinci seti 15 top öndə bitirib. Ardınca – ikinci hissədə rəqib çox çalışsa da, cəmi 16 xal toplayıb.
Üçüncü hissə də əvvəlkilərdən fərqlənməyib. Bütün mövqelərdə inamlı təsir bağışlayan voleybolçularımız çətinlik çəkmədən qarşılaşmanın hesabını müəyyənləşdiriblər – 3:0.
