Azərbaycanlı veteran futbolçu vəfat etdi
21.07.2021 , 13:26

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov vəfat edib
Korner.az xəbər verir ki, o, 80 yaşında Gəncədə dünyasını dəyişib.
Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub.
