Digər idman növləri

Azərbaycanlı velosipedçi Ukraynada 1-ci oldu

28.07.2020 , 16:43

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, Tokio Yay Olimpiya Oyunlarında qrup ötüşməsində çıxış edəcək Elçin Əsədov Ukraynanın Odessa şəhərinin Açıq çempionatının qalibi olub.

Korner.az xəbər verir ki, Əsədov həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutub.

Bununla da Əsədov iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Son yazılar

Yuxarı