Qazaxıstanın Alma-Ata şəhərində əlil şahmatçılar arasında dünya çempionatı keçirilib.
Korner.az-ın məlumatına görə, idmançılar 8 medal uğurunda mübarizə aparıb. Kor və kar kişilər arasında keçirilən yarışda Azərbaycan təmsilçisi Aleksandr Sleptsov qalib gəlib. Belə ki, şahmatçımız dairəvi sistem üzrə 10 turda 8 xal toplayıb.
Qeyd edək ki, FİDE-nin prezidenti Kirsan İlyuminajov da dünya çempionatına baş çəkib.
